Postsovet təhlükəsizlik bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq etmək istəyən ölkələrə gələcəkdə müşahidəçi və tərəfdaş statusu verilməlidir.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin KTMT-nin onlayın iclasında çıxışı zamanı bildirib.
"KTMT ilə müntəzəm münasibətlərini davam etdirmək istəyən ölkələrə müşahidəçi və ya tərəfdaş statusu verilməsini ümidverici bir imkan kimi qəbul edirik" Rusiya lideri KTMT sammitində söyləyib.