İsveç XİN başçısı: - “Dağlıq Qarabağdakı gərginlik həll olunmamış münaqişələrin necə yüksək risklərinin olduğunu göstərdi” | Eurasia Diary - ednews.net

24 Yanvar,


İsveç XİN başçısı: - “Dağlıq Qarabağdakı gərginlik həll olunmamış münaqişələrin necə yüksək risklərinin olduğunu göstərdi”

Siyasət A- A A+

“Dağlıq Qarabağdakı gərginlik və münaqişənin səbəb olduğu faciəvi insan itkiləri həll olunmamış münaqişələrin necə yüksək risklərinin olduğunu bizə bir daha göstərdi”.

Eurasia Diary-nin xəbərinə görə, bunu İsveçin xarici işlər naziri Ann Linde ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

“Atəşkəs razılaşmasını nəzərə alaraq biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun himayədarlığı altında danışıqlar dayanıqlı sülhün əldə olunması ilə nəticələnə bilər və daha çox itkilərin verilməsinin qarşısı alınar. Bu faciəvi hadisə bizə xatırlatmalıdır ki, nə üçün Gürcüstan və Moldovadakı münaqişlər bizim diqqətimizi və siyasi öhdəliyimiz tələb edir”, - deyə Ann Linde vurğulayıb.  

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...