Mixail Qusman Moskva meriyasının mükafatına layiq görülüb | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Mixail Qusman Moskva meriyasının mükafatına layiq görülüb

Siyasət A- A A+

Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman “Ölkə jurnalistikasının inkişafında xidmətlərinə və paytaxt meqapolisinin həyatının xarici ölkələrin rusdilli kütləvi informasiya vasitələrində işıqlandırılması üzrə səmərəli işinə görə” Moskva meriyasının mükafatına layiq görülüb.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat paylaşıb.

Məlumata görə, Rusiya Mətbuatı Günü münasibətilə jurnalistlərə mükafatların təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim Moskva meriyasının Ağ salonunda keçirilib.

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid rejimində olan Mixail Qusman kütləvi informasiya vasitələrinin digər nümayəndələri ilə birlikdə mərasimdə iştirak edə bilməyib. O, merə ünvanlanmış məktubunda bu yüksək mükafata görə səmimi təşəkkürünü bildirib.

TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini məktubunda yazır: “Moskva merinin mükafatı bizim üçün – peşəkar jurnalistlər üçün media sahəsində ən ali təltiflərdən biri olmaqla bərabər paytaxtımızın hakimiyyət orqanlarının agentliyin işinə daim diqqət göstərdiyini sübut edir. Biz bunu səmimi qiymətləndiririk”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...