Çavuşoğlu Qarabağda atəşkəsə nəzarət etməyə davam edəcəklərini bildirib | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Çavuşoğlu Qarabağda atəşkəsə nəzarət etməyə davam edəcəklərini bildirib

Siyasət A- A A+

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qarabağda davamlı sülhün təmin edilməsi üçün həqiqi fürsət yarandığını bildirib.

Eurasia Diary Yeniavaz.com saytına istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyini məlumat paylaşıb.

Məlumata görə, bu fikri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Küresel Media” jurnalına müsahibəsi vaxtı deyib.

Nazir müsahibəsində 30 ildir həll yolunu tapmayan Qarabağ münaqişəsinə və nəhayət 44 gün davam edən müharibənin sonunda 9 Noyabrda əldə olunan sülh məsələsinə də toxunub.

Çavuşoğlu bölgədəki sabitliyin erməni xalqı və Ermənistan üçün də faydalı olacağını qeyd edib: “Bu səbəblə Azərbaycanın 6 ölkənin iştirakı ilə regional format təşəbbüsünü dəstəkləyirik. Bu, barış və rifah üçün regional mülkiyyəti artıracaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...