Ermənistanın baş naziri Nikol Paşinyan “Respublika” partiyasının sədri Aram Sarkisyan və “Birləşmiş İşçi” partiyasının lideri Qurgen Arsenyanla ayrılıqda görüş keçirib.
Eurasia Diary Virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Görüşlər zamanı 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi, Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Paşinyan siyasi qüvvələrin nümayəndələrinin fikirlərini dinləyib.