Macarıstan Qarabağın bərpasına qoşulur: - 100 milyon dollar ayırdı | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Macarıstan Qarabağın bərpasına qoşulur: - 100 milyon dollar ayırdı

Siyasət A- A A+

Azərbaycan və Macarıstan macar şirkətlərinin İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər.

Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, həmin məsələ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə videokonfrans zamanı müzakirə olunub:

"Macarıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişə başa çatdıqdan sonra biz macar şirkətlərinin müharibə nəticəsində zərər dəyən rayonların bərpasında iştirakı məsələsini müzakirə etmişik".

P.Siyarto qeyd edib ki, Azərbaycan tərəfi bu fikri alqışlayıb və Macarıstanın "EximBank"ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Nazir əlavə edib ki, müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...