Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan, Türkiyənin xüsusi xidmət orqanlarının agentidir.
Eurasia Diary Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan söyləyib.
Onun iddiasına görə Mirzoyan gənc ikən Türkiyə xüsusi xidməti ilə əlaqəyə keçib və onların tövsiyəsi ilə Nikol Paşinyanla iş birliyinə başlayıb:
“Beləliklə, o Paşinyanın komandasının görkəmli nümayəndəsi oldu. Vaxt keçdi türklər və azərbaycanlılar Ermənistanda bir çevriliş təşkil etdilər. Həmin çevrilişlə Paşinyan hakimiyyətə gəldi və türklərə çalışan Minasyan parlamentin spikeri oldu”.
Sübut üçün isə Minasyan 2007-ci ildə Mirzoyana məxsus məktubu təqdim edib.