“Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” - TÜRKSOY-un baş katibi | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


“Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” - TÜRKSOY-un baş katibi

Siyasət A- A A+

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndələri Ağdam şəhərində Cümə Məscidində olduqdan sonra, Ağdam Dram Teatrının qalıqları ilə də tanış olublar.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, qonarlar çörək muzeyinə də baş çəkib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə bildirib ki, o arzu edir ki, Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpa olunsun:

“Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. İndidə onu arzulayıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək.

Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”.

Bundan sonra qonaqlar Füzuli rayonuna səfər edəcəklər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...