Ermənistanın keçmiş Müdafiə naziri Davit Tonoyan "Mediamax" xəbər agentliyinə müsahibə verərək müharibə zamanı yol verdiyi xətaları söyləyib.
Eurasia Diary xəbər verir ki, Tonoyan müharibə zamanında komandanlıq xəttində qeyri-müəyyənliyi və nizamı qoruya bilməyib.
"Bunlar səfərbərlik, Təhlükəsizlik Şurasının rolu və funksiyası, Ermənistan ilə Qarabağ arasında əlaqənin tənzimlənməsi, Qarabağın müdaifəsi və əhalinin evakuasiyası ilə bağlıdır", deyə Tonoyan ən böyük xətalarını izah edərkən söyləyib.
O, siyasətçilərin melanxolik abu-havasının milli təhlükəsizliyə əsl hədə olduğunu bildirib. Keçmiş müdafiə naziri bu cür çıxışların müharibədə həlak olan ermənilərin ruhuna hörmətsizlik olduğunu qeyd edib.