Azərbaycan Prezidenti Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur

Siyasət 14:58 27.02.2021

“Biz əməkdaşlığa açıq olan ölkəyik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu yaşayıb, bir ailə kimi yaşayır və Azərbaycanda heç vaxt milli, dini zəmində hər hansı qarşıdurma olmamışdır, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir də göstərdi. Yəni bütün xalqların nümayəndələri bir bayraq altında, bir yumruq kimi birləşdi”.

Eurasia Diary-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident bildirib ki, bu qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var: “O ki, qaldı gələcəkdə ermənilərlə birgə yaşamağımıza, mən bir daha demək istəyirəm ki, müxtəlif ölkələrdə bu baş verir, o cümlədən Azərbaycanda. Bu yaxınlarda mənə verilən məlumata görə, hətta bizim jurnalistlər Azərbaycanda yaşayan keçmiş Ermənistan müdafiə nazirinin bacısını da tapmışdılar. Baxın, Ermənistan müdafiə naziri 90-cı illərdə olub, hansı ki, azərbaycanlılara qarşı soyqırımın törədilməsində iştirak edib, onun doğmaca bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yox. Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq. Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu bir qədər zaman tələb edəcək, birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar”.

Dövlət başçısı qeyd edib ki, müharibənin yaraları sağalmayıb: “Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Həm qurbanların yaxınları, həm də bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu biz başa düşürük və burada heç kimi tələsdirmək istəmirik. Heç kimi məcbur etmək istəmirik. Birinci mərhələdə azad edilmiş torpaqlara vətəndaşlarımızın qayıtması dayanır. Bununla paralel olaraq, artıq bu suallara cavab verdim, uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi məsələləri dayanır. Hal-hazırda müharibənin heç dörd ay keçməmiş artıq rəsmi şəxslər, Ermənistan-Azərbaycanın rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir. Bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir, bu proses müsbət istiqamətdə gedir. Ona görə də burada bütün bu həssaslığı başa düşərək, bir də demək istəyirəm ki, biz, istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq və bütün addımları vaxtında atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsində vaxtında atılmış addımlar səmərəsini vermişdir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bizi xaricdən izləyirmişlər -DTX əmliyyat keçirdi
13:39 08.07.2025
"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Hamısı