"Sərt karantin rejiminə keçmədən də qaydalara riayət etmək olar" - İnfeksionist | Eurasia Diary - ednews.net

18 Aprel,


"Sərt karantin rejiminə keçmədən də qaydalara riayət etmək olar" - İnfeksionist

Siyasət A- A A+

"Yoluxma sayının birdən 300-ün üzərinə qalxmasının tək səbəbi sosial məsafə, maska qaydalarına artıq riayət olunmamasıdır. Çünki artıq əhalinin çox toplaşdığı yerlərdə bu qaydalara əməl olunmur".

Bunu Milli.Az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, sərt karantin rejiminə keçmədən də insanları qaydalara riayət etməyə alışdırmaq olar:

"Artıq insanların çoxu maska taxmır, məsafə qaydasına əməl olunmur. Bunlar da yoluxmanı artıran səbəblərdir. Əlbəttə ki, avtobuslardakı, marketlərdəki sıxlıq da epidemioloji vəziyyətin psiləşməyə doğru getməyində çox böyük rol oynayır. Amma bu o demək deyil ki, sərt karantin rejiminə keçmək lazımdır. Mən bununla razı deyiləm. Çünki insanların qaydalara riayət etməsinə sərt karantin rejiminə keçmədən də, maarifləndirmə işlərini gücləndirməklə, daha düzgün şəkildə aparmaqla nail ola bilərik.

Sərt karantin rejiminə ehtiyac yoxdur. Zatən hələ də toylar keçirilmir, yas mərasimlərinə icazə verilmir. Bu prosesin daha da ağırlaşdırılması sadəcə olaraq insanların səbrini daşırır. Bunun bir çıxış yolu var - maarifləndirmə işlərini düzgün yerinə yetirmək, peyvəndin nə qədər vacib olduğunu təkrar-təkrar hər kəsə çatdırmaq, izah etmək lazımdır. Çünki bəzi peyvənddən qorxan, peyvənd olunmaqdan imtina edən insanlar var. Bu nüanslara əməl olunsa, əlbəttə ki, yoluxma sayı yenidən azalacaq".

Milli.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...