Fransa Azərbaycanda mina qurbanlarının müalicəsinə töhfə verə bilər - Səfir | Eurasia Diary - ednews.net

21 Aprel, Çərşənbə


Fransa Azərbaycanda mina qurbanlarının müalicəsinə töhfə verə bilər - Səfir

Siyasət A- A A+

“Ərazilərin minalardan təmizlənməsi böyük problemdir. Bu humanitar və sivil məsələdir. Biz mina partlaması nəticəsində indiyədək həlak olanlara görə çox üzünük, onların ailələrinə başsağlığı verirəm”.

Eurasia Diary-nin xəbərinə görə, bunu diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad olunmuş Qubadlıya səfər zamanı Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Diplomat bildirib ki, bu sahədə hər hansı töhfə və dəstək verməyə şad olardılar: “Xatırlayırsınızsa, dekabrda fransalı cərrahlar Bakıya gəlmişdi, onlar müharibənin nəticələrinə məruz qalmış şəxsləri əməliyyat etdilər. Buna maraq olarsa, tibbi əməkdaşlığın davam etdirilməsi mümkündür. Fransanın səhiyyə xidməti mina qurbanlarının müalicəsinə töhfə verə bilər, həmçinin, bu şəxslərə proestetik yardım göstərilər ki, onlar normal həyatına dönsünlər".

Səfir bildirib ki, müharibə artıq bitib: “Düşünürəm ki, artıq regionda sülhə və əməkdaşlığa hazırlaşmağın, daha yaxşı gələcək üçün Qafqazdakı bütün ölkələrin tərəfdaşlıq etməsinin, dünyanın üzləşdiyi iqlim dəyişikliyi, biomüxtəliflik kimi problemlərin öhdəsindən gəlmək və dayanıqlı inkişaf üçün birgə işləməyin zamanıdır. İnanıram ki, ağıllı əməkdaşlıq və bağışlamağı, sülhü görəcəyik. Mən ümid edirəm ki, Avropa İttifaqı və Fransa bu əməkdaşlıqda tərəfdaş olacaq.

Gördüklərim mənə onu hiss etdirdi ki, artıq sülhün və bağışlamağın zamanıdır. Düşünürəm ki, biz buna hazırlaşmalıyıq. Hökumətlərin, məktəblərin, ailələrin, valideynlərin bununla bağlı məsuliyyəti var. Onlar öz övladlarına elə təhsil verməlidir ki, onlar daha bir-birini düşmən kimi yox, tərəfdaş kimi görsünlər, bütün bunlar regional əməkdaşlıq üçün vacibdir".

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...