Metyu Brayza - Minsk Qrupunun edəcəyi çox şey var | Eurasia Diary - ednews.net

8 May, Şənbə


Metyu Brayza - Minsk Qrupunun edəcəyi çox şey var

Siyasət A- A A+

“ATƏT-in Minsk Qrupunun missiyası olmalıdır. Bu gün Prezident Əliyev də təklif etdi ki, Minsk Qrupu nə edə biləcəyi ilə bağlı təkliflər verməlidir. Onlar müharibədən sonrakı mərhələyə necə kömək edə bilərlər?”

Eurasia Diary-nin məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Onun sözlərinə görə, Azərbaycanın perspektivindən baxdıqda, ATƏT-in Minsk Qrupu münaqişənin həlli yolunu tapmaq üçün formalaşmışdı, artıq münaqişə həll olunub, belə olan halda Minsk Qrupu nəsə başqa bir şey etməlidir.

Sabiq həmsədr düşünür ki, əslində, Minsk Qrupunun edəcəyi çox şey var: “Məsələn, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası, noyabrın 9-da qəbul olunan üçtərəfli bəyanatın aspektlərinin həyata keçirilməsi və Prezident Əliyevin də qeyd etdiyi kimi, bəlkə də gələcəkdə sülhlə bağlı danışıqlara yardım etmək məsələləri. Ümumilikdə Ermənistan və Azərbaycan arasında sülh bağlanmasından söhbət gedir. Minsk Qrupu bunlarla bağlı işləyə bilər”.

   

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...