Rusiyanın rəsmi və yarımrəsmi istiqamətli ən müxtəlif mənbələri artıq özləri deyir ki, “Lavrov planı”nın həyata keçirilməsinin yeganə variantı Ermənistanın məğlubiyyəti, Qarabağın "statusu"nun məhv edilməsi qarşılığında Qarabağda rus qoşununun yerləşdirilməsi ilə müharibə idi.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Lragir" nəşri yazıb.
Müəllif yazıb ki, rus-türk razılaşmaları Qarabağın "statusu"nun müəyyənləşdirilməsi məsələsi də daxil olmaqla yeganə həll mandatına sahib olan Minsk qrupunun zərərsizləşdirilməsini nəzərdə tutur.
Müəllifin sözlərinə görə, Ermənistana məcbur edilmiş üçtərəfli bəyanatı və regionun 3+3 formasında təklif olunan platformasını həll olaraq təqdim etməyə cəhd edilir.