"Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir" Matviyenko

Siyasət 19:32 16.04.2021

Bu gün Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, Milli Məclisin sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan Valentina Matviyenko bildirib ki, bu səfər iki ölkə arasında mövcud olan sıx parlamentlərarası əlaqələrin daha da inkişafı baxımından çox əhəmiyyətlidir. Qeyd edilib ki, Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən Valentina Matviyenko münasibətlərin daha da dərinləşməsində iki ölkə prezidentlərinin rolunu xüsusi vurğulayıb. O, Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirərək söyləyib ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərə mühüm töhfə verir.

Federasiya Şurasının sədri üçtərəfli 10 noyabr bəyanatından danışaraq qeyd edib ki, bu sənəd regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Valentina Matviyenko Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə də toxunaraq Mərkəzin düzgün və obyektiv məlumatların verilməsində müsbət rol oynayacağına inamını ifadə edib. Söhbətdə region dövlətləri arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti də qeyd olunub.

Milli Məclisin Sədri Sahibə Qafarova görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına yeni impuls verir. O, deyib ki, Azərbaycan və Rusiyanın MDB PA çərçivəsində əməkdaşlığı iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin inkişafında müsbət rol oynayır. Bildirilib ki, son zamanlar ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq daha intensiv xarakter alıb və bir çox sahələri əhatə edir.

Parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin parlamentlərinin rolunu qeyd edib. Sahibə Qafarova bildirib ki, həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qrupları pandemiya başa çatandan sonra öz fəaliyyətlərini daha sıx şəkildə davam etdirəcəklər.

Milli Məclisin Spikeri MDB PA-nın yaz sessiyası çərçivəsində terrorizmlə mübarizəyə həsr olunmuş konfransın keçirilməsini alqışlayaraq qeyd edib ki, terrorizm müasir dövrün ən qorxulu çağırışlarından biridir. Artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan Sədr 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın önəmini qeyd edib və əlavə edib ki, bu sənəd bölgədə uzunmüddətli sülh və təhlükəsizliyə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. O, ölkəmizin sənəddən irəli gələn bütün vəzifələri tam şəkildə yerinə yetirdiyini diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova təəssüflə bildirib ki, Ermənistan tərəfinin Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinə gizli şəkildə hərbçilər göndərməsi barədə informasiyalar daxil olur. Azərbaycan tərəfində olan məlumata görə, döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan tərkibi 60 nəfərdən çox olan dəstələr Laçın dəhlizi vasitəsi ilə Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə göndərilib və bu diversiya qrupları Azərbaycan hərbçilərinə və dinc əhaliyə qarşı terror aktları törədiblər. Bu, birgə bəyanatın bəndlərinin kobud şəkildə pozulmasıdır, regionda sülhün və təhlükəsizliyin təminatına zərər verir.

Sahibə Qafarova Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə toxunaraq qeyd edib ki, Ermənistan minalı ərazilərin xəritəsini hələ də Azərbaycana təqdim etməkdən boyun qaçırır. Bu isə beynəlxalq hüquq normalarına ziddir, hərbi cinayətdir. Sədr beynəlxalq ictimaiyyətin bu məsələdə Ermənistana təzyiq göstərməsinin də vacib olduğunu qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı