“Rusiya sülhməramlıdırsa, vəzifəsini yerinə yetirsin” - Hulusi Kılıç - VİDEO | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


“Rusiya sülhməramlıdırsa, vəzifəsini yerinə yetirsin” - Hulusi Kılıç - VİDEO

Siyasət A- A A+

“Rusiya sülhməramlıdırsa, sülhməramlı olaraq vəzifəsini yerinə yetirsin”. 

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

“Ümid edirik ki, qarşıdakı dövrdə Birgə Monitorinq Mərkəzi öhdəliklərini icra edər.

Sülhməramlıların Azərbaycanın da haqqını qorumasını gözləyirik. Biz haqq və hüquqdan yanayıq. 10 noyabr 2020-ci il bəyanatı və 11 yanvar 2021-ci il razılaşmasının icra edilməsi bizim üçün əsasdır.

Hazırda ciddi problem olmadığını bilirik. Amma o demək deyil ki, heç vaxt da olmayacaq.

Prosesi diqqətlə izləyirik və lazım olarsa, müdaxilə edəcəyik. Biz bölgədə sülh olmasını, Zəngəzur dəhlizinin açılmasını və kommunikasiyanın bərpa edilməsini istəyirik”, - deyə o bildirib.

Paralel.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...