Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 17-də Ermənistanın Vayots Dzor vilayətinə səfəri zamanı növbəti qalmaqallı bəyanatını verib və deyib ki, ordudakı xidməti cəlbedici etmək və müddəti qısaltmaq lazımdır.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, ehtiyatda olan erməni polkovnik Volodya Hovhannisyan bildirib ki, bu, ordunu dağıtmaq, Ermənistanın müdafiə qabiliyyətini məhv etmək üçün effektiv formadır.
"Yəni Nikol ordunun döyüş qabiliyyətini qoyur və azaldır, ümumiyyətlə ordu aradan qaldırılır", - deyə Hovhannisyan bildirib.
"Paşinyanın bəyanatı seçkiqabağı effektə sahib olacaq?" sualına Volodya Hovhannisyan belə cavab verib: "Tam əksinə".