Fransız deputat aparıcını şoka saldı Qarabağ Azərbaycandır!

Siyasət 12:28 05.05.2021

Avropa Parlamentinin fransalı üzvü, Fransanın keçmiş nəqliyyat naziri Tyeri Maryani BFM TV-də Jan Jak Burdinin moderatorluğu ilə baş tutan "Burdin Direkt" verilişinin qonağı olub. Bir neçə suala cavab verən T.Maryani sonda Qarabağ münaqişəsinə dair suallara beynəlxalq hüquqa söykənən tutarlı cavablar verib. Qərəzli sualları ilə diqqət çəkən aparıcı obyektiv cavabları eşidərkən hiddətini gizlədə bilməyib.

Eurasia Diary Şərq.az-a istinadla müsahibəni xırda ixtisarlarla təqdim edir:

- Qarabağda Azərbaycanın ermənilərə qarşı müharibə cinayətlərini qınayırsınızmı?

- Bunu "müharibə cinayəti" adlandırmazdan əvvəl düşünmək lazımdır. Bu və ya digər formada kimlərinsə təxribat tələsinə düşmək olmaz. Qarabağ məsələsi ilə bağlı Beynəlxalq İstintaq Komissiyası var. Bu Komissiya bütün həqiqətləri bilir. Nəyin, necə baş verdiyindən xəbərdardır.

Aparıcı Jan Jak Burdin qonağın sözünü yarıda kəsir və qəzəbli halda dillənir:

- Azərbaycanlılar bəyan edirlər ki, erməniləri Qarabağdan iti qovan kimi qovmaq lazımdır...

- Bəli, bu, bir az sərt bəyanatdır, amma əminəm ki...

Bu məqamda Jan Jaq Burdin yenə müdaxilə edir:

- Siz Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyirsiniz?

- Mən heç kəsi dəstəkləmirəm, hər hansı bir əlaqəm də yoxdur. 3 il Fransa - Azərbaycan Dosluq qrupunun rəhbəri olmuşam. 5 il Qazaxıstan, 5 il də Ukrayna ilə dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərmişəm. Cənab Renod Müzelyenin (Tyeri Maryaninin keçmiş rəqibi, 2019-cu ilə qədər Avropa Parlamentinin fransalı üzvü) mövqeyi ilə tanışam. O da bu ölkələri yaxşı tanıyırdı. Bu barədə internetdə materiallar var, baxa bilərsiniz. 2003-cü ildə R.Müzelye və dövlət katibi Azərbaycana rəsmi səfər etdilər. Səfər zamanı imzalanan sənəddə biz nə görürük? Onu sizə təqdim edirəm. O, sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını yazır. Hər şey bu qədər aydındır.

- Sizin kimi?

- Bəli, mən də fikrimi dəyişmirəm... R.Müzelye Bakıda olarkən aydın şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişə ilə bağlı aydın mənzərə bundan ibarətdir. Bu, islamçıların xristianlara qarşı münaqişəsi deyil. Mən dünyanın dörd bir yanında olan xristianları müdafiə etmişəm, edirəm. Hətta buna görə cənab R.Müzelye məni tənqid etmişdi. Suriya və İraqdakı 1 milyon xristianı dəstəkləmək üçün o ölkələrə səfər etmişdim. Bu mənada hesab edirəm ki, son Qarabağ müharibəsi müsəlman ölkəsi olan Azərbaycanın xristianlara qarşı savaşı deyil. Bu, Azərbaycanın milli məsələsidir. Həqiqətən də bu bölgəyə kömək etmək istəyiriksə, tərəflər arasında dialoq mühiti formalaşdırmalıyıq. Ən azı 10 dəfə Cənubi Qafqaz regionunda olmuşam...

Jan Jak Burdin qəzəbli halda bir də təkrar edir:

- Erməniləri it kimi qovmaq lazımdır hə?

- Xeyir, qovmaq lazım deyil, sadəcə...

Jan Jaq Burdin yenidən Tyeri Maryaninin sözünü yarıda kəsir:

- Qarabağ Azərbaycan ərazisidir?

- Bəli, beynəxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir. Və biz bu gün o ərazidə sülhə nail olunmasına çalışmalıyıq. Qarabağ Almaniya və Fransa arasında Elzas-Lotaringiyaya bənzəyir. Əsas məsələ odur ki, Azərbaycan və Ermənistan arasında dialoq mühiti yaradılmalıdır, uzun illər birgə yaşayan Azərbaycan və erməni xalqı arasında ünsiyyət bərpa edilməlidir. Qarabağdakı münaqişə ocağını söndürmək lazımdır.

Qeyd edək ki, bu müsahibə ermənistan cəmiyyətində bunt qaldırıb. Rəhbəri erməni olan fransızdilli sayt “armenews.com” da “Tyeri Maryaniyə görə Qarabağ Azərbaycan ərazisidir” başlıqlı məqalə dərc olunub. Materialda Qarabağa dair bütün həqiqətlər təhrif olunub.


Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı