Azərbaycanda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook”da paylaşım edib.
S. Lavrov Bakıda 1941-45 Böyük Vətən Müharibəsi memorial abidəsini də ziyarət edib.