ABŞ və Fransa arasında Qarabağ müzakirəsi | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


ABŞ və Fransa arasında Qarabağ müzakirəsi

Siyasət A- A A+

ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Fransa Xarici İşlər Nazirliyinin (XİN) başçısı Jan-İv Le Drian arasında telefon danışığı olub, tərəflər Fələstin-İsrail münaqişəsi və Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

Eurasia Dairy TASS-a istinadən xəbər verir ki, danışıqlardan sonra Dövlət Departamenti Mətbuat xidmətinin rəhbəri Ned Prays tərəfindən yayımlanan yazılı açıqlamada belə deyilir.

N.Prays qeyd edib ki, ABŞ və Fransanın xarici siyasət idarələrinin rəhbərləri İsrail, İordan çayının qərb sahilində və Qəzzada davam edən zorakılıqla bağlı ümumi narahatlıqlarını bildirərək, bölgədə əmin-amanlığa nail olmaq üçün tərəfdaşlarla birgə fəaliyyəti müzakirə ediblər: "Dövlət katibi Blinken və xarici işlər naziri Lö Drian ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi əməkdaşlıqdan da bəhs ediblər və Dağlıq Qarabağdakı münaqişənin uzunmüddətli siyasi həllinə ehtiyac olduğunu vurğulayıblar".

Publika.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...