"Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik" - Nazir | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


"Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik" - Nazir

Siyasət A- A A+

"Azərbaycanlılar və gürcülər əsrlər boyu birgə yaşayıblar. Azərbaycanlılar bizim qardaşlarımızdır".

Eurasia Dairy xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Dmanisidə jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir: "Etnik azərbaycanlılar ilk növbədə bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur. Biz qarşıdurmaya yol verə bilmərik. Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...