“Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik”.
Eurasia Diary xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, İ.Əliyevlə Şuşada böyük miqyaslı müqavilə imazalanacaq: “Bu müqavilə Türkiyə ilə Azərbaycan arasında ən böyük sazişlərdən biri olacaq”.