Azərbaycanla Ermənistan arasında yenidən vasitəçiliyə hazırıq - Gürcüstanın baş naziri | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Azərbaycanla Ermənistan arasında yenidən vasitəçiliyə hazırıq - Gürcüstanın baş naziri

Siyasət A- A A+

Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu öz üzərinə götürdü”.

Eurasia Diary xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O, iki qonşu ölkə arasında əldə olunan razılaşmanın bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Hər iki ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Biz bu prosesdə çox fəal rol oynadıq. Mən şəxsən 24 saat ərzində prosesə cəlb olunmuşdum, hər iki ölkənin liderləri ilə telefonla danışırdım. Bundan öncə isə görüşlər keçirilmişdi. Biz strateji tərəfdaşımız ABŞ-la sıx əməkdaşlıq etdik. Bu iş konkret nəticə ilə yekunlaşdı.

Gürcüstanın bu prosesdə yenidən vasitəçi rolunu oynamağa hazırlığını bir daha bəyan edirik. Azərbaycan və Ermənistanın rəhbərliyinə tam hazırlığımızı ifadə etmişəm. Çox ümid edirəm ki, bu proses davam edəcək, bölgədə sülh və sabitliyin bərqərərar olması ilə nəticələnəcək. Bizim ümumi məqsədimiz bölgədə əmin-amanlığa nail olmaq idi və bu da çox əhəmiyyətli və uzunmüddətli layihələr üçün zəmin olacaq”.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...