Paşinyan xəritəni verdi, buradan 5 nəticə çıxarmaq mümkündür Rusiyalı hərbi ekspert

Siyasət 15:24 13.06.2021

Bu baş verdi: Azərbaycan 15 erməni hərbçini Ağdamda basdırılan 97 min mina xəritəsinə dəyişdirdi.

Eurasia Diary xəbər verir ki, bu sözləri tanınmış rusiyalı hərbi ekspert Oleq Kuznetsov qeyd edib. O bildirib ki, buradan 5 nəticə çıxarmaq mümkündür:

“Birinci – Paşinyan öz generallarının inadını sındırmağı bacardı və nəticədə xəritələr verildi. Bu, Paşinyanın seçkidə seçici səsləri uğrunda mübarizə baxımından ciddi qələbəsidir, eyni zamanda dolayısı da olsa, ötənilki müharibədə məğlub olan erməni generalların revanş üçün heç bir şansının olmadığının etirafıdır. Yəni sağlam düşüncə qalib gəldi – baxmayaraq ki, bu, İrəvan üçün nadir hadisədir.

İkinci – İrəvan əlindəki kiçik təsir vasitələrindən birini adekvat şəkildə qarşılığını almadan Azərbaycana verdi. Bu, Paşinyanın və ətrafının daxili siyasi qarışıqlığa rəğmən, Azərbaycanla prosesin tənzimlənməsi ilə bağlı danışıqlara davam etmək istədiyini göstərir. Mina xəritələrinin verilməsi Paşinyanın blokunun seçkilərdə qalib gələcəyinə əminliyini ifadə edir. Erməni cəmiyyətinin reaksiyasından asılı olaraq 20 iyunadək bu süjet xətti təkrarlana, qalan mina xəritələri ilə digər diversantlar da dəyişdirilə bilər. Paşinyan indi çox ağıllı şəkildə pauza verməyi bacardı. Bununla o, Köçəryanı "ermənilərin həyatı, yoxsa siyasi ambisiyalar" kimi çətin dilemması qarşısında qoydu.

Üçüncüsü - Azərbaycan bu dəyişmə ilə beynəlxalq humanitar sahədə mövqeyini gücləndirdi. Bu, İlham Əliyevin Azərbaycan Ordusunun erməni xalqı ilə deyil, ancaq torpaqları işğal edən erməni elitası ilə müharibə apardığı barədəki tezisinin həqiqət olduğunu bariz şəkildə sübut etdi. Müharibə qurtardı, ədalət zəfər çaldı. Dünənki düşmən bugün danışıq apardığın tərəfdaşa çevrilir. Bəs indi düşmənçilik nəyə lazımdır? Rəsmi Bakının sözləri ilə əməlləri həmişə üst-üstə düşür. Bunun üçün hansısa əlavə sübut tələb olunmur.

Dördüncüsü – Ağdamdakı minalanmış sahələrin xəritələrinin verilməsi Qarabağ separatçılarının Xankəndidəki qalıqlarının ambisiyalarına yaxın zamanda kifayət qədər böyük zərbə vuracaq. Artıq onların işğalçıların izlədiyi xəttin sonsuzadək davam edəcəyinə ümidi yoxdur, bundan sonra da olmayacaq. Separatçılar artıq situasiyanın girovuna, Bakı və İrəvan arasındakı danışıqlarda mübadilə məzənnəsinə çevriliblər. Lakin hələ bunun üçün şərtlər tam şəkildə formalaşmayıb. Bunların ardınca da sülhməramlı qüvvələr Qarabağdan çıxacaq.

Beşincisi - diversantların mina sahələrinin xəritələri ilə dəyişdirilməsi təsdiqlədi ki, İrəvanın danışıqlardan çıxdığı barədə açıqlaması sözdür, reallıqda isə danışıqlar davam edir. Yalnız bu danışıqlar “kölgəli şəkildə”dir, bütün razılaşmalar icra edilir – ancaq Paşinyana daxili siyasi arenada maksimal qazanc gətirəcək səviyyədə. Buna görə də seçkilərdən əvvəl yeni sürprizləri gözləmək lazımdır.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı