Rus sərhədçilər icazə verir ki, ermənilər Azərbaycan ərazisinə girir - Rusiyalı hərbi ekspert | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Rus sərhədçilər icazə verir ki, ermənilər Azərbaycan ərazisinə girir - Rusiyalı hərbi ekspert

Siyasət A- A A+

Erməni terrorçularının Azərbaycan ərazisinə kəşfiyyat-diversiya keçidləri Rusiya sərhədçilərindən yan keçməklə baş vermir.

Eurasia Diary xəbər verir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov son vaxtlar Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarından danışarkən bildirib.

“Dəqiq məlumatlar var ki, Rusiya hərbçiləri ermənilərin təxribatçı hücumları barədə əvvəlcədən xəbərdar olub və buna göz yumub. Rusiya sərhədçiləri artıq uzun müddətdir ki, bu ərazilərdə xidmət aparır. Aydındır ki, onlar sərhəd xətti boyu və ona yaxın bütün ərazidəki hər daşın yerini bilir. Onların xəbəri olmadan bu ərazilərdə heç nə tərpənə bilməz”, - deyə o qeyd edib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...