Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyunun 15-də 1 400 polis nəfərinin müşayiəti ilə Syunik vilayətinə (Zəngəzur) baş çəkmək qərarına gəlib.
Eurasia Diary bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Past.am nəşri təhlükəsizliyin təmin edilməsinin, ictimai asayişin qorunmasının normal hal olduğunu yazır və eyni zamanda Ermənistan rəhbərliyinin polis resurslarından nə üçün sui-istifadə etməsi barədə sual verərək soruşur: yaxşı, bəs polis bu şıltaq itəklərə niyə əməl edir?!