Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməklə bağlı çağırış edib.
Eurasia Diary xəbər verir ki, Türkiyə Prezidenti Ermənistanın etimad artıracaq addımlar atmağa başlamasının zəruriliyini vurğulayıb.
“Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsi bu istiqamətdə əhəmiyyətli bir addım olacaq”, - deyə Ərdoğan vurğulayıb.