Rusiyanın Zəngəzur dəhlizinin inşasını gecikdirmək niyyətində olduğunu ehtimal etmirəm.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, tam əksinə olaraq Rusiya bu layihəyə dəstək vermək niyyətindədir.
“Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşümüz olacaq”, - deyə Ərdoğan vurğulayıb.