Moskva Ankara, Bakı və İrəvanla Qarabağda vəziyyətin stabilləşdirilməsi üçün sıx kontaktdadır.
Eurasia Diary xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Ankara, Bakı və İrəvanla sıx kontaktdayıq və hesab edirik ki, istənilən addım Cənubi Qafqazda vəziyyətin stabilləşdirilməsinə, infrastrukturun inkişafına, nəqliyyat logistikasına, ümumilikdə situasiyanın düzəlməsinə xidmət etməlidir”, – deyə o bildirib.