Gürcüstanın qısqanclığı, İranın ikiəlli razılığı, Rusiyanın ehtiyatı Zəngəzur dəhlizi

Siyasət 20:21 18.06.2021

Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsindən sonra dəhlizin açılması məsələsi daha da aktuallaşıb. Dəhlizin açılması təkcə Azərbaycan və Türkiyə üçün yox, regional dövlətlər üçün də iqtisadi imkanlar yaradacaq.

Bununla bağlı iqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, Zəngəzur dəhlizinin açılması və nəqliyyat xəttinin olması bu ölkələr arasında ticarət dövriyyəsinin daha da artmasına gətirib çıxara bilər.

Zəngəzur dəhlizinin regional önəmi

“Türkiyə və Azərbaycan prezidentlərinin regional altılıq ölkələri üçün gələcək iqtisadi inteqrasiya perspektivləri çox cəlbedicidir. Bu, əslində bütün ölkələrin yararınadır. Altılıq ölkələrin vətəndaşları böyük bir bazar deməkdir. Bu regional ölkələrin birgə ticarət münasibətlərinin olması ticarət dövriyyəsinin daha da artmasına gətirib çıxara bilər. Bu da kiçik sahiblərdən böyük sahiblərə qədər hamının xeyrinə olacaq. Altılıq ölkələrin birliyi formalaşacaqsa, gələcəkdə digər iqtisadi oyunçular - Çin, Avropa Birliyi və s. bazarla daha yaxşı münasibətlər qurmağı üçün xüsusi maraqda olacaqlar”.

Ermənistan gələcəkdə dəhlizin açılmasında maraqlı ola bilər

“Ermənistan tərəfinin hələlik bu təkliflərə normal reaksiya verməməyinin səbəbini anlamaq mümkün deyil. Bu fürsətlər ölkə iqtisadiyyatı üçün də yeni imkanlar yaradacaq. Ermənistanın kiçik bir bazarının olmasını və əhalisinin az olmasını nəzərə alaraq, Ermənistanın yeni bazarlara, investisiyalara ehtiyacı olduğunu deyə bilərik. Ona görə də, gələcəkdə  bu dəhliz açıldıqdan sonra regional olaraq böyük bazara çıxış əldə etdiyinə görə, qarşılıqlı investisiyaların qoyulması əlavə fürsətlər qazanacaq. Bu ilin sonuna qədər dəhlizlə bağlı addımların atılması gözlənilir. Gələcəkdə də Ermənistan bu proseslərdən kənarda qala bilməyəcək. Çünki kənarda qalsa, özü itirəcək”.

Rusiya üçün yeni imkanlar

“Əslində Rusiya ilə bağlanan 10 noyabr sazişinin bəndlərindən biri məhz bu koridorun açılması ilə bağlıdır. Rusiya bu dəhlizin açılmasında maraqlı ola bilər. Burdan əlavə kommunikasiya xətləri əldə edilə bilər. Əlavə kommunikasiya xətləri Rusiyanın həm ticarət, həm də təhlükəsizlik baxımından fürsətdir.

Nəzərə alsaq ki, Ermənistanda hələ də söz sahibi Rusiyadır, çünki sərhədlərini rəsmi qərarlara görə, hələ də Rusiya qoruyur. Burda həmçinin Zəngəzur dəhlizi sərhədlərinin qorunması da Rusiyanın üzərinə qoyulub. Bunu da nəzərə alsaq, Zəngəzur dəhlizinin açılmasında Rusiyanın da maraqlı olduğunu görə bilərik”.

İran Zəngəzur dəhlizinə ikiəlli razıdır

“Əslində İran üçündə kifayət qədər cəlbedici bir təklifdir. İranın uzun illərdir izolasiyada qaldığını nəzərə alsaq, bu fürsəti çox yaxşı qiymətlənirəcəyini deyə bilərik. Rəsmi Tehran həm də Şimal dəhlizinin iştirakçısıdır. Azərbaycanın da iştirakı ilə İran ərazisində yarım milyard dollarlıq bir investisiya layihəsi həyata keçirilir. Fars körfəzini Baltik dənizinə bağlayacaq yeni bir xəttin açılması nəzərdə tutulub. Bu xəttin tərkib hissəsi kimi də Zəngəzur dəhlizinin açılması İranın da iqtisadi maraqlarına xidmət edir”. 

Gürcüstanın Zəngəzur dəhlizinə qısqanc münasibəti

“Gürcüstan tərəfindən bəzi narahatçılıqlar var ki, yeni dəhlizin açılması Bakı- Tbilisi- Qars dəmir yolunun əhəmiyyəti azala bilər. Gürcüstan üzərindən keçən tranzit yüklərin həcmi bununla da aşağı enəcək. Gürcüstanın belə bir narahatçılığı var. Bu da daha çox Gürcüstanın daha çox az pul qazanmasına səbəb ola bilər. Amma Türkiyə prezidenti bəyanatların birində səsləndirdi ki, Gürcüstan tərəfi ilə bu məsələni müzakirə edir, Gürcüstanın Baş nazirinə gələcəkdə bu dəhlizin açılmasının ölkə üçün də ciddi əhəmiyyət daşıya biləcəyini deyib. Doğurdan da Gürcüstan üçün əlavə fürsətlər olacaq. Məsələn, Gürcüstanın dəmir yolu vasitəsi ilə İrana çıxışı yoxdur. Bu da iki ölkə arasında iri ticarət əlaqələrinin yaranmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki, Gürcüstanın bu narahatlığı aradan qalxsın”.

Dəhliz Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirəcək

“Türkiyənin Azərbaycan üzərindən Orta Asiyaya yeni bir böyük xəttin açılması gözlənilir. Bu yaxınlarda Türkiyənin iqtisadi perspektivləri ilə bağlı strateji bir sənəd qəbul olundu. Orda hədəflərdən biri kimi Orta Asiya Respublikaları, əsasəndə Türk Cümhuriyyətləri ilə ticarət dövriyyəsini azı iki dəfə artırmaq hədəf kimi qarşıya qoyulub. Əvvəllər bu xəttin daha da inkişaf etdirilməsi üçün loqistik çətinliklər yaradırdı. Çünki əsas Gürcüstan üzərindən keçməklə Azərbaycana, burdan da Xəzər dənizi üzərindən Orta Asiyaya daha uzun və bahalı xətt mövcud idi. İndi dəhliz açıldıqdan sonra Türkiyə məhsullarının həm dəmir yolu ilə, həm də avtomobil yolu ilə daha qısa və ucuz məhsulları çatdırılacaq”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Hamısı