Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq - Çavuşoğlu | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq - Çavuşoğlu

Siyasət A- A A+
“Rəsmi hazırlıqlarımız başa çatdıqdan sonra Şuşada baş konsulluq açılacaq və Türkiyənin Xarici İşlər Nazirliyi olaraq ən qısa zamanda oraya əməkdaşlarımızı göndərəcəyik və Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”.

Eurasia Diary-nin xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 18-20-də Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Diplomatiya Forumu”nun (ADF) bağlanış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.

Nazir deyib ki, Türkiyənin Şuşada Baş Konsulluğunun açılması başqa bir məna kəsb edir.

İki lider tərəfindən imzalanan Şuşa Bəyannaməsini dəyərləndirən M.Çavuşoğlu deyib ki, bu sənəd Türkiyə ilə Azərbaycan arasındakı ittifaqın ən yüksək səviyyədə olacağının sübutudur.

 

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...