Məşhur azərbaycanlının nəvəsinə böyük etimad - Putin namizədliyini irəli sürdü | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


Məşhur azərbaycanlının nəvəsinə böyük etimad - Putin namizədliyini irəli sürdü

Siyasət A- A A+

Rusiya Prezidenti Vladimir Putin senator Sergey Məmmədov və “Strateji Araşdırmalar Mərkəzi” Fondunun vitse-prezidenti Natalya Trunovanın Hesablama Palatasının auditorları vəzifəsinə namizədliyini irəli sürüb.

Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Prezidentin Federasiya Şurasındakı səlahiyyətli nümayəndəsi Artur Muravyov bildirib.

Haqqin.az qeyd edir ki, Sergey Məmmədov əfsanəvi azərbaycanlı jurnalist, 1962-1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Ənvər Məmmədovun nəvəsi, məşhur SSRİ və Rusiya diplomatı, 1997-2003-cü illərdə Rusiya xarici işlər nazirinin müavini olmuş Georgi Məmmədovun oğludur. Sergey Məmmədovun özü 2011-ci ildən Rusiya Federasiya Şurasının üzvüdür.

Güman edilir ki, Məmmədov Hesablama Palatasının auditoru vəzifəsində səlahiyyətlərini may ayında bitirmiş Tatyana Blinovanı, Trunova isə Mixail Meni əvəz edəcək.

Profil Komitəsi hər iki namizədi dəstəkləyib və Federasiya Şurasına bu məsələyə iyunun 23-də keçiriləcək plenar iclasda baxılmasını təklif edib.

Ənvər Məmmədov

Georgi Məmmədov

Sergey Məmmədov

Qafqazinfo.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...