“Azərbaycan Kəlbəcərdə aktiv şəkildə mobil hərbi hissələr tikir, eyni zamanda yenə eyni aktivliklə hərbi təlimlər keçirir”.
Eurasia Diary xəbər verir ki, bunu erməni ictimai xadim Karen Ohannisyan yazıb.
“İlham Əliyevin sülhə hazırlaşdığına nə qədər ümid etsək də, faktlar başqa şeyi söyləyir və göstərir. İlham Əliyev və Ərdoğan regionda böyük müharibə planlaşdırırlar, Rusiya və İranı buna cəlb edəcəklər”, - deyə o qeyd edib.