Rus sülhməramlıları son sutkada nə iş görüb? | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Rus sülhməramlıları son sutkada nə iş görüb?

Siyasət A- A A+

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Laçın dəhlizindən şimal və cənub istiqamətlərində, eləcə də Şuşa - Qırmızı Bazar və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə baxış keçiriblər.

Eurasia Diary xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda qeyd olunur ki, sülhməramlılar inşaat materialları və ərzaq təchizatı olan altı konvoyu müşayiət edib:

“Eləcə də Xocavənd rayonunun ucqar kəndlərinin minalardan təmizlənməsindən sonra mülki infrastrukturun bərpası və əhalinin normal həyatı üçün şərait yaradılması istiqamətində işlər aparılır. 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Gün ərzində 3 hektar ərazi partlamamış hərbi sursat və partlayıcı maddələrdən təmizlənib və Xocavənd rayonundakı 3 bina yoxlanılıb. Ümumilikdə, ötən ilin noyabrın 23-dən bəri 2201,5 hektar ərazi, 657,3 km yol, 1900 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25 677 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib”.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...