Qatillər Ermənistan parlamentinə doluşdu Paşinyanın REAKSİYASI nə olacaq?

Siyasət 19:05 23.07.2021

Ermənistanda 20 iyun seçkiləri belə hakimiyyət davasına son qoya bilmədi. İstefalar, vəzifələrdən və deputat mandatlarından imtina etmələr fonunda ölkədə qeyri-sabitlik davam edir. 

Parlament seçkilərindəki məğlubiyyətinin ardından eks-prezident Robert Koçaryan parlamentdə təmsil olunacağını və mübarizəsini sözügedən formada davam etdirəcəyini bildirmişdi. Lakin sonradan vədinə xilaf çıxan Robert adi deputat vəzifəsini öz eks-prezidentlik qüruruna sığışdıra bilmədi.

Qatil qardaşlığı

Koçaryandan fərqli olaraq, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan nazirlikdə və ya parlamentdə oturmaq arasında o qədər də böyük fərq görməyib. Belə ki, eks-nazir seçki məğlubu “Hayastan” blokunun fraksiya rəhbəri kimi silah yoldaşı Koçaryanı əvəz edərək, parlamentdə təmsil olunacaq. Qeyd edək ki, Ohanyan 2016-ci ildə nazir vəzifəsindən azad edilib və indi - 5 ildən sonra yenidən siyasətə dönmə qərarına gəlib. Özü də tək yox, qətliamlar törətdiyi silah yoldaşı Robertlə birlikdə. 20 iyun seçkilərində hakimiyyət uğrunda mübarizə aparmaq üçün yaradılan “Hayastan” bloku da köhnə dostları yenidən bir araya gətirib.

Robert-Seyran yoldaşlığının yaşı isə heç də az deyil. Hələ Birinci Qarabağ Savaşında erməni birləşmələrinə rəhbərlik edən Köçəryan və Ohanyan məhz azərbaycanlılara qarşı törətdikləri qırğınlarla ölkələrində nüfuz sahibinə çevriliblər.

Sözügedən qatillər Ermənistandakı diktaturalarını da əllərinə bulaşmış günahsızların qanları ilə qazanıblar.

Təbii ki, bu iki cəlladın ölkələrində siyasi fəaliyyətə qayıtmasında birbaşa olaraq xarici qüvvələr günahkardır. Ermənistanda revanşizm ideyalarının xəmirinə maya qatmaqla hazırki hakimiyyətə, eyni zamanda bölgəyə təsir “rıçak”larını saxlamaq məqsədi güdən həmin xarici aktorlar, Koçaryan və Ohanyanın böyük siyasətə qayıtması üçün əllərindən gələni əsirgəmədilər. Doğrudur, əsas məqsəd Xocalı qatillərinin cəmləşdiyi “Qarabağ klanı”nı bölgənin başına bəla etmək üçün hakimiyyətə gətirmək idi, lakin bu baş tutmadı. Buna baxmayaraq, ölkə rəhbərliyinə qayıtmaq üçün Robert-Seyran tandeminin öz pozuculuq fəaliyyətlərindən geri durduğuna inanmaq sadəlöhvlük olardı. Sözügedən istiqamətdə isə məlum şəxslərin əllərini yenidən qana boyayacaqları istisna edilməməlidir. Nə də olsa, bacarmadıqları iş deyil...

Baş rolda Azərbaycan

Xatırladılması vacib olan ən önəmli məqam isə, Seyran Ohanyanın törətdiyi qırğınlar səbəbindən rəsmi Bakı tərəfindən İntrepol xətti ilə axtarışa verilməsidir.

Təkcə qeyd olunan fakt belə, Azərbaycan üçün mühüm təsir vasitəsi və önəmli fürsət hesab oluna bilər. Belə ki, rəsmi Bakı adıçəkilən qatillərin cəzasına çatması üçün məsələni beynəlxalq məhkəmələrdə qabarda bilər. Bununla da, həm beynəxlalq arenada Ermənistanı parlamentində qatilləri oturdub, ölkədə söz sahibi etməsi səbəbindən tənqid hədəfinə çevirmək, həm də Ohanyan və Koçaryan kimi qatillərə 30 ildən sonra layiq olduqları cəzanı vermək mümkündür.

Əslində Seyran 44 günlük savaşın son günlərində Azərbaycan ordusu tərəfindən Şuşada verilən cəzadan ağır yaralanaraq canını qurtarmağı bacarmışdı. Amma...

Lakin Azərbaycanın qatillərin cəzasını verməsi üçün əlverişli məqamın gəldiyini də yuxarıda qeyd etmişdik. Buna səbəb isə həm erməni xalqı, həm də hazırki hökuməti arasında Robert və Seyran kimi cəlladlara qarşı nifrət hissinin oyanmasıdır. Belə ki, ermənilər 20 iyun seçkilərində də göstərdilər ki, onların fikrincə, başlarına enən “Dəmir Yumruq” məhz “Qarabağ klanı”-nın revanşizminin cavabıdır.

Doğrudur, rəsmi Bakının qatilləri cəzalandırması Paşinyanın dəyirmanına su tökəcək. Onun işini yüngəlləşdirəcək. Amma yenə də, Koçaryan və Ohanyan kimi terrorçuların cəzasız qalmasına imkan vermək olmaz. Azərbaycanın erməni xalqına edəcəyi bu böyük yaxşılıq isə, bəlkə bu dəfə bədnam qonşularımız tərəfindən müsbət formada qarşılıq görər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Hamısı