ATƏT və Dövlət Departamentindən Bakı ilə Yerevana müraciət | Eurasia Diary - ednews.net

25 Sentyabr, Şənbə

ATƏT və Dövlət Departamentindən Bakı ilə Yerevana müraciət

Siyasət A- A A+

ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan sərhədində qeydə alınan gərginliklə bağlı açıqlama yayıb.

Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, təşkilat hər iki tərəfi təmkinli olmağa çağırıb.

“Biz tərəfləri sakitliyə və təmkinli olmağa çağırır, təxribatçı addımlardan çəkinməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin bayrağı altında tezliklə danışıqlara qayıtmağa çağırırıq”- açıqlamada deyilir.

ABŞ Dövlət Departamenti də sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib:

“Biz bir müddət öncə, Yerasx-Sədərək istiqamətində Azərbaycan-Ermənistan sərhədində baş verən insindentdən narahatıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bütün tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli üçün səylərinə sadiqdir”.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. 

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...