Serbiya Zəngəzur dəhlizindən faydalanmaqda maraqlıdır - Sahil Babayev | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Serbiya Zəngəzur dəhlizindən faydalanmaqda maraqlıdır - Sahil Babayev

Siyasət A- A A+
“Naxçıvan MR-nı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi regionun inkişafı üçün geniş imkanlar açacaq. Prezident İlham Əliyev bu dəhlizin tezliklə açılacağını elan edib”.
 
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bu gün Bakıda keçirilmiş Azərbaycan-Serbiya biznes forumunun bağlanış mərasimində bildirib.
 
“Zəngəzur dəhlizi biznes fəaliyyəti üçün böyük potensial deməkdir: Bu dəhliz Ermənistan üçün də faydalı olacaq. Əgər onlar bu istiqamətdə düzgün qərar qəbul edə bilsələr, dəhlizdən faydalanacaqlar. Çünki Zəngəzur dəhlizi Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirəcək”, - deyə o, qeyd edib.
 
Bundan başqa, nazir bildirib ki, Serbiya Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır: "Bu dəhliz nəqliyyat-logistika baxımından regionda böyük dəyişikliklərə səbəb olacaq, yeni imkanlar, perspektivlər açacaq. Serbiya da bu imkanlardan bəhrələnməkdə maraqlıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...