Onun keçmişi bərbaddır, gələcəyi yoxdur Qənirə Paşayeva

Siyasət 11:52 02.08.2021

Jirinovski Vladimir yeni bir müsahibə verib. Jirinovski bir partiya (RLDP) sədridir, Rusiya siyasətçisidir, hüquqşünasdır, polkovnikdir, alimdir. O, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini (2000–2011), VI çağırışın deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü, habelə Rusiya Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürmüş biridir (1991-2012).

Beləliklə, o, nə etməli olduğunu, üzərinə düşən siyasi, mənəvi məsuliyyəti fərq etməyə əsaslar verən bir özkeçmişə malikdir. Əslində, bu ahıl vaxtında onun məhz öz ölkəsi ilə bağlı deməli olduğu çox söz, toxunacağı çox problem var. Ancaq Jirinovski Rusiya Federasiyasının qonşuluq, dostluq münasibətlərində olduğu ölkələrin ünvanına hədyanlar yağdırmaq yolunu tutub. Əlbəttə, bir partiya sədri, siyasətçi, türkoloq olaraq, beynəlxalq, yaxud ikitərəfli münasibətlər mövzusunda danışmaq da olar və hətta vacibdir. Lakin belə münasibət illa da təhqir formasında, başqa ölkələrə yuxarıdan aşağı baxmaq, ayrı-ayrı ölkələrin dövlət başçılarının, yaxud xalqlarının ünvanına hədyanlar deməkləmi olmalıdır?

Özünə, öz partiyasına və ölkəsinə hörmət qoyan bir siyasətçi belə etməməlidir. Ancaq söhbət Jirinovskidən gedirsə, məsələ bir xeyli aydındır. Aydındır ki, Jirinovskinin adı keçən yerdə ciddiyyət arxa plana keçir. Bütün şüurlu həyatı boyu şüursuz davranış və “fikir”ləri ilə seçilən Jirinovski 75 yaşdan sonra müdrikləşəcək deyil hər halda. Olan-olub, keçən keçib – bu, Jirinovskidir: təxribatçı, içən, ağzının sözünü bilməyən, səndələyən, yıxılan, hamı ilə dalaşan, həmişə əsəbi və ya yarıməsəbi... Sözün qısası, o, öz əməlləri ilə titullarını, ixtisaslarını dırnaq içinə almağımız gərəkdiyini sübut edir: lider deyil, “lider”, hüquqşünas deyil, “hüquqşünas”, alim deyil, “alim” və s...

Jirinovski kimi qeyri-ciddi və gələcəyi olmayan birisinin müsahibəsinə diqqət yetirməmək də olar. Lakin onun daşıdığı siyasi vəzifə, onun mandatı nəzərə alınaraq, həqiqət adına bir neçə kəlmə deməkdə fayda vardır.
Həqiqətin bir üzü var: Jirinovski Azərbaycana haqq etdiyi sevgini göstərmək qabiliyyətinə malik deyil. “O, Rusiya ermənilərinin təsiri altındadır” deyənləri də, “Volodya şovinizmdən əziyyət çəkir” söyləyənləri də haqsız saymıram. Jirinovski kimi siyasətçilərdən nə partiyasına, nə də ölkəsinə xeyir gələr. Zatən rus ictimai fikrinin ona qarşı təpkiləri ilə də zaman-zaman tanış olmuşuq. İndi də ona rus ictimai fikri cavab verməlidir. Əslində, Rusiya-Azərbaycan münasibətlərinin qayğısına yalnız Azərbaycan qala bilməz, bu böyük qonşu böyük də diqqət yetirməlidir öz xarakterli qonşuları ilə münasibətlərə. Azərbaycanla qonşuluq, dostluq dəyərlidir. Bu dəyəri özü dəyərli olanlar qiymətləndirə bilər. Jirinovski kimi qeyri-sabit, qeyri-ciddi bir siyasətçi belə dəyəri idrak etmək imkanına malik deyil. Dəyər verməkçün dəyərli olmaq lazımdır, o isə yaradılışdan belə bir fitrətdən, keyfiyyətdən yoxsundur.
Keçmiş olsun!

Jirinovski yalnız yaşı etibarı ilə deyil, içi çürük fikirlərlə dolu olan başı etibarı ilə keçmişdir.

Müstəqil Azərbaycan dövlətinin bayrağı uca olsun!

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
Hamısı