Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı | Eurasia Diary - ednews.net

25 Sentyabr, Şənbə

Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı

Siyasət A- A A+

"Mən təhlükəsizlik sahəsində Qarabağ münaqişəsinə görə 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”.  

EDNews.net Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Cozef Bayden Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana növbədənkənar parlament seçkilərində qələbə qazanması və yeni hökumət formalaşması ilə bağlı məktubunda qeyd edib.

ABŞ rəhbəri Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlara sadiq olduğunu vurğulayıb.

“Biz Ermənistan və Azərbaycanı danışıqlar predmetinə mümkün qədər tez qoşulmağa çağırırıq", - ABŞ prezidenti vurğulayıb.

Cozef Bayden danışıqlar prosesində Gürcüstanın dəstəyi ilə əldə olunmuş irəliləyişin gələcəkdə regional əməkdaşlıq üçün vacib əsas olacağına ümid etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...