Rusiya hərbçilərini Qarabağdan necə çıxaracağıq?

Siyasət 11:10 15.09.2021
Kreml Azərbaycan ordusunun Şuşadan sonra Xankəndinə enməsinin – Qarabağın tamamına nəzarət etməsinin qarşısını aldı. Qarabağda Rusiya hərbçilərinin yerləşdirilməsi böyük güzəştimiz idi.
 
Rusiya hərbçiləri 10 noyabr bəyanatına riayət etməyərək səlahiyyətlərini aşır və faktiki erməni separatçılarını himayə edirlər. 9 ay ərzində artan təxribatlar da bundan xəbər verir. Bu sıraya Rusiya hərbçilərinin Laçın dəhlizində “təlimlər” keçirməsindən, bayraq qaldırmasından və bölgədə tikinti işləri aparmasından tutmuş İrandan gələn yüklərinin Qarabağa buraxılmasına qədər faktları aid etmək olar.
 
10 noyabr bəyanatına görə Azərbaycan istəməsə 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər. Azərbaycan XİN-nin bəyanatlarında və rəsmilərin açıqlamalarında “bölgədə müvəqqəti yerləşdirilən sülhməramlılar” ifadəsi işlənir. Yəni rəsmi Bakı və Azərbaycan cəmiyyəti rusiyalı hərbçilərin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyir. Əlbəttə, bu asan başa gəlməyəcək, rusiyalı hərbçilər bölgəni tərk etməsin deyə bölgədə fərqli təxribatların reallaşacağı istisna deyil. Bütün hallarda dialoq şəraitində rusiyalı hərbçilərin bölgəni tərk etməsi əsas vəzifəmizdir. Bu mümkündür.
 
Rusiya-Azərbaycan münasibətləri tarixində Moskvanın Bakının qərarlarıyla hesablaşdığı durumlar az deyil.
 
Rusiya 1990-cı illərin əvvəllərində Azərbaycanın Qərb şirkətləri ilə birgə Xəzərdə zəngin enerji yataqlarının istismarına mane olmaq istəyirdi. Bunun üçün Moskva Azərbaycana qarşı bütün təzyiq mexanizmlərini işə salmışdı. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanı hətta BMT-yə şikayət etmişdi. Rusiyanın BMT-yə göndərdiyi şikayət məktubunda bu yazılırdı: “Rusiya Xəzər dənizində birtərəfli təşəbbüslərin əleyhinədir, qanunsuz sazişləri tanınmayacaq”.
Buna baxmayaraq, Xəzərdəki yataqların istismarı məqsədilə Bakıda 1994-cü ilin sentyabrın 20 “əsrin müqaviləsi” imzalandı. Rusiya dediyini etmədi və ya etmək istəmədi. Çünki “əsrin müqaviləsində” Rusiyanın “Lukoyl” pay almışdı. Yəni öz şirkətinin iştirak etdiyi müqavilənin əleyhinə çıxmaq məntiqsiz olardı. Bununla rəsmi Bakı Kremli geri addım atmağa məcbur etdi.
 
Rəsmi Bakı ikinci dəfə Xəzərin statusu məsələsində Kremli əvvəlki mövqeyindən çəkindirdi. Kreml Xəzərin statusunun müəyyənləşdirilməsi məqsədilə aparılan danışıqlar zamanı da Qərb şirkətlərini bölgəyə gəlişinin qarşısını almağa çalışırdı. Xəzərsahili ölkələrdən əsasən Azərbaycan buna qarşı çıxırdı və Kreml məcbur qalıb bu siyasətini də korrektə etdi.
 
Rusiya Xəzərdən çıxarılan neft və qazın dünya bazarlarına çatdırılması məsələsində də Azərbaycanın ortaya qoyduğu reallıqları qəbul etdi. Kreml Azərbaycanın Xəzərdən çıxardığı neft və qazı yalnız Rusiya üzərindən dünya bazarlarına nəql olunmasını istəyirdi. Rəsmi Bakı Rusiyanın təzyiqinin artacağını nəzərə alaraq “əsrin müqaviləsindən” sonra Bakı-Novorosiysk kəmərini işə saldı. Rəsmi Bakı Kremli rahatlatdıqdan sonra Türkiyə və Qərb şirkətləri ilə birgə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə başladı və uğurla yekunlaşdırdı. Hazırda Azərbaycan nefti və qazı əsasən Türkiyə üzərindən dünya bazarlarına çatdırılır, Bakı-Novorosiyk kəməri isə ara-sıra işləyir.
 
Kreml Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisinə mane ola bilməsə də, təcili Tengiz-Novosiyk kəmərini inşa etdi. Kremlin məqsədi Qazaxıstanın zəngin “Kaşaqan” yatağından çıxarılacaq neftin Rusiya ərazisindən nəqlini təmin etmək idi. Çünki Kreml ehtiyat edirdi ki, Qazaxıstan da öz neftini Bakı-Tbilisi-Ceyhan boru xətti ilə nəql edəcək. Qazaxıstan bu gün Rusiya marşrutundan (tələsik inşa edilən Tengiz-Novorosiyk kəmərində isə tez-tez qəzalar baş verir, neft Qara dənizə axıdılır) istifadə etsə də, Bakı-Tbilisi-Ceyhan boru kəmərindən də yararlanır. Moskvanı bu planı da alınmadı.
 
Növbədə Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi və Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən nəqli məsələsi gəlir. Rusiya buna da etiraz edir, ancaq arqumenti yenə zəfdir, çünki özü Qara və Baltik dənizlərinin dibi ilə boru xətləri inşa edərək Türkiyə və Avropaya qaz nəql edir.
 
Rusiyanın yaxın keçmişdə Azərbaycanın qərarları ilə hesablaşdığını nəzərə alaraq rəsmi Bakının bir başqa qərarını da nəzərə alacağını – hərbçilərini Qarabağdan çıxaracağı ehtimalı yüksəkdir. 1990-cı illərin əvvəllərində Rusiyanın hərbi bazalarının Azərbaycandan çıxarılmasını təmin etmişiksə, bunu yenə təkrarlaya bilərik.
 
“Atlas” Araşdırmalar Mərkəzi
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı