Ermənistanın mina xəritələrini verməsi üçün çalışacağıq - İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Ermənistanın mina xəritələrini verməsi üçün çalışacağıq - İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti

Siyasət A- A A+

"Biz Ağdama, Tərtərə, Şuşaya və ətraf rayonlara səfər edəcəyik".

EDNews.net-in məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səfər zamanı ermənilərin, erməni rəsmilərinin xüsusilə tarixi miras üzərində həyata keçirdikləri təxribatlar görünəcək: "Ermənilər azad olunmuş ərazilərin böyük bir hissəsini minalayıblar. Amma təəssüflər olsun ki, onlar mina xəritələrini Azərbaycana vermədilər. Biz xüsusilə mina xəritələrinin verilməsi, həmin ərazilərdə insanların həlak olmaması üçün çalışacağıq. Ümid edirik ki, İƏT-in hesabatı hazır olduqdan sonra təsiri olacaq. Bu hesabatı da BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndərəcəyik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...