Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir - Müdafiə naziri | Eurasia Diary - ednews.net

18 Oktyabr, Bazar ertəsi

Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir - Müdafiə naziri

Siyasət A- A A+

Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir.

EDNews.net-in xəbərinə görə, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Nazirin sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısını alınır.

Z. Həsənov bundan sonra da baş verə biləcək bu kimi hallara qarşı müvafiq tədbirlərin görüləcəyi xüsusi vurğulayıb.

Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə cəhd etməsinin qəbuledilməz olduğunu qeyd edən nazir beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və müvafiq addımlar atılmasının vacibliyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...