Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib | Eurasia Diary - ednews.net

19 Oktyabr, Çərşənbə axşamı

Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib

Siyasət A- A A+

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gorus-Qafan yolunda Azərbaycan tərəfinin İranın yük avtomobillərini saxlamasına münasibət bildirib.

EDNews.net-in xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, onlar Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı məntəqələrindəki vəziyyəti diqqətlə izləyirlər.

“Varatan kəndi yaxınlığındakı vəziyyətin inkişafı bir daha Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinə tezliklə başlanmasının vacib olduğunu təsdiq edir. Bu barədə Rusiyanın təklifi həm Bakıya, həm də İrəvana təqdim olunub. Biz bundan sonrakı kursun formalaşması üçün cavab gözləyirik”, - deyə XİN rəsmisi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...