Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən üstündür - İran XİN | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən üstündür - İran XİN

Siyasət A- A A+

"İran üçün qonşu ölkələrin ərazi bütövlüyü bütün hər şeydən vacibdir."

EDNews.net xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadənin bəyanatında deyilir.

Onun sözlərinə görə, regional əməkdaşlıq sülhün və sabitliyin əsasını təşkil edir. "Mövcud proseslər kollektiv əməkdaşlığa çevrilməlidir və bu yeganə çıxış yoludur", - o vurğulayıb.

Xatibzadə qeyd edib ki, İran üçün qonşu ölkələrin inkişafı çox vacibdir. "Bütün qonşular başa düşməlidir ki, bölgədə inkişafa, sülhə və sabitliyə yalnız kollektiv əməkdaşlıqla nail oluna bilər", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...