Şeyx dilə gəldi Amili bizimlə bərabər sevinməkdənsə, qəsbkarın yanında olmağı tərcih etdi

Siyasət 17:33 22.09.2021

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İranın ali dini lideri ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amilinin səsləndirdiyi fikirlərə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən daxil olan açıqlamada deyilir:

"44 günlük Vətən müharibəsinin birinci ildönümü, şəhidlərimizin Anım günləri, həmçinin, İmam Hüseyn Əleyhissəlamın 40-ı - Ərbəin ərəfəsində Ərdəbil məscidinin imamının səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüflə qarşılanmış, dindarların haqlı narazılığına səbəb olub. Bu məsələ ilə bağlı dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bildiririk ki, Ağayi Amulininin məlum çıxışı, əlbəttə ki, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir. Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir. İran İslam Respublikasının da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını - Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi isə bu torpaqlarda öz suveren hüquqlarını, beynəlxalq qanunlara uyğun olaraq möhkəmləndirməklə, erməni barbarlarının dağıtdığı, tarmar etdiyi evlərimizi, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizi, məhv etdiyi mədəni-mənəvi irsimizi bərpa və yenidənqurma işləri apardığı zaman bu uğurlara bizimlə bərabər ağayi Amilinin də sevinməsi məntiqi olardı. Lakin təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər yəqin ki şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq.

Dindarlar, din xadimləri Uca Allahın hökmünə istinadən insanları doğru yola, haqq yoluna, ədalətə dəvət etməliyik. Müqəddəs Kitabımızda buyurulduğu kimi: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mücadilə et. Şübhəsiz ki, yolunu azanları da, doğru yolda olanları da Rəbbin yaxşı tanıyır" (Nəhl, 125).

Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə biləcək belə çıxışlar mehriban qonşuluq, İslam həmrəyliyi ruhuna təmamilə ziddir. Qarabağ münaqişəsi bitib. Zənnimizcə, Ağayi Amulinin xütbələrini bu səmtə yönəltməsi münasib olardı.

Allah haqq yolunda olanlara yardımçı olsun!".

Xatırladaq ki, ki, ayətullah Seyid Həsən Amuli Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin bu ayxınlarda birgə hərbi təlimlər keçirməsinə münasibət bildirərəkən Azərbaycanı hədələmiş, “şirin quyruğu ilə oynamamağı” məsləhət görmüşdü. Şir deyəndə ayətullah Amuli İranı nəzərdə tutmuşdu.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Hamısı