Azərbaycan ilə Qətər arasında mədəniyyət və idman sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub - ednews.net

27 Oktyabr, Çərşənbə

Azərbaycan ilə Qətər arasında mədəniyyət və idman sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət A- A A+

Dohada Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin mədəniyyət və idman naziri Salah bin Qənim Əl Əli ilə görüşündə iki ölkə arasında mədəniyyət və idman sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

EDNews.net xəbər verir ki, tərəflər iki ölkə arasında mədəni əlaqələrin səviyyəsindən məmnunluq ifadə ediblər. Görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Dohaya rəsmi səfəri çərçivəsində mədəni əməkdaşlığa dair imzalanmış sənəd əlaqələrin möhkəmlənməsinə təkan verib.

Görüşdə Azərbaycan və Qətərin uyğun hökumət strukturları arasında əməkdaşlığın inkişafı, birgə mədəniyyət və idman tədbirlərinin təşkili məsələləri müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...