Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru İranın Azərbaycanla sərhəddə təliminin vaxtı və yeri deyildi

Siyasət 18:30 23.09.2021

“Keçirdiyimiz görüşlərdə bu məsələ çox danışıldı. Azərbaycan xalqı təbii olaraq bu suala cavab tapmaq istəyir ki, qonşumuz, tarixdaşımız, mədəniyyətdaşımız İran niyə Azərbaycana qarşı belə davranır?”

EDNews.net xəbər verir ki, bunu Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur Ağdam rayonuna səfər zamanı APA-ya açıqlamasında İranın Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinə Bakının icazəsi olmadan yük daşıması ilə bağlı deyib.

H. Uyğurun sözlərinə görə, qarşı tərəf bunun anlaşılmazlıq olduğunu bildirir: “İranlı dostlarımızın bizə söylədiyi budur ki, yanlış anlaşılma olub, belə hallar bir də təkrarlanmayacaq. Sürücülərin öz təşəbbüsləri, öz işgüzarlıqları ilə bunu etdiyi, bundan sonra təkrarlanmayacağını bildirirlər. İnşallah biz də ümid edirik ki, həqiqətən də belədir, bundan sonra İrandan Azərbaycan ərazilərinə avtomobillər qanunsuz göndərilməyəcək, yüklər daşınmayacaq, İran da özünə, müsəlman və qardaş ölkəyə yaraşan davranış göstərəcək”.

İranın Azərbaycanla sərhəddə təlimlər keçirməsinə münasibət bildirən H. Uyğur deyib ki, Azərbaycana səfərlərinin bir məqsədi də məhz bu məsələlərə aydınlıq gətirilməsidir: “Bunu İran rəsmilərindən dəqiqləşdirmək, soruşmaq lazımdır. Bilirsiniz, bəzən media üzərindən təmaslar yanlış anlaşılmalara səbəb olur. İran mediasında bizim əleyhimizə çox məlumatlar yayılır. İranda Türkiyə-Azərbaycan işbirliyindən çox narahat olan qruplar var. Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə Azərbaycanda keçirilən təlimlər İranda bəzi dairələrin etirazına səbəb oldu. Halbuki bu, İran əleyhinə təlimlər deyil. Təəssüf ki, İranda buna çox həssas yanaşan dairələr var. Bunların hamısı müzakirə olundu. İranda sərt mövqe tərəfdarı, türk allergiyası olan dairələr var. Bəlkə onların da təsiri ilə “Biz də buradayıq, biz də təlim keçirib, güclü olduğumuzu göstərək” kimi mesaj verirlər. Lakin bunlara heç bir ehtiyac yoxdur. Biz onsuz da İranın güclü dövlət olduğunu bilirik, bu təlimlərin yeri və vaxtı deyildi. Amma təbii ki, İran sərbəst və suveren ölkədir. İstədiyi vaxt ölkənin istənilən yerində təlim keçirməsində bir narahatlıq yoxdur”.

O, Qarabağ müharibəsində İran tərəfinin atdığı yaraşmayan addımlara Türkiyədə ən sərt cavab verdiklərini də xatırladıb: “Allah qorusun, oxşar hallar təkrarlanarsa, eyni şəkildə də cavab verəcəyik”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Hamısı