Müharibə dövründə hisslərimi təcrid edə bilirdim - İlham Əliyev | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Müharibə dövründə hisslərimi təcrid edə bilirdim - İlham Əliyev

Siyasət A- A A+

Hər bir dövlət xadimi, xüsusilə ölkə başçısı hisslərinin gündəlik vəzifələrinə təsir etməsinə imkan verməməlidir. Hər kəs, təbii ki, hisslərə malikdir. Biz, bu və ya digər şəkildə onları ifadə edirik, lakin görünür, uzun illər boyu davam edən fəaliyyətim ərzində özümdə hissləri təcrid etmək xüsusiyyəti formalaşdıra bilmişəm.

EDNews.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq. Hətta düşmən bizim şəhərlərimizi bombardman edib, qadın və uşaqlarımızı qətlə yetirəndə belə biz onlara eyni cavabı vermirdik, biz onların şəhərlərini bombardman etmirdik. Lakin, bizim həmin vaxt keçirdiyimiz hissləri yəqin ki, başa düşmək olar. Biz düzgün müharibə aparır, beynəlxalq humanitar hüquqa riayət edir və hərbi cinayətlər törətmirdik”, - dövlət başçısı deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...