Xankəndidən video yayan ermənini HƏBS ETDİLƏR - ednews.net

28 Oktyabr, Cümə axşamı

Xankəndidən video yayan ermənini HƏBS ETDİLƏR

Siyasət A- A A+

Qarabağın Rusiya sülhməramlılarının nəzarətindəki ərazisində yerləşən separatçı-terrorçu dəstə sosial şəbəkələrdə Xankəndidən video yayan bir ermənini həbs edib.

EDNews.net saytı xəbər verir ki, Ermənistan mətbuatının bununla bağlı məlumatına görə, Əsgəran sakini olan 2000-ci il təvəllüdlü M.A. sentyabrın 25 -də sosial şəbəkələrdə və teleqram kanallarında Xankəndinin müxtəlif yerlərini göstərən videomateriallar yayıb.

Müəllifin rus dilində yaydığı videomaterialda şəhəri "Stepanakert" deyil, "Xankəndi" adlandırması erməni separatçı-terrorçu dəstəsini hiddətləndirib.

Onu casusluqda suçlayaraq, həbs ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...