Füzuli hava limanı məndə yüksək təəssürat oyatdı - Amerikalı səyahətçi - ednews.net

25 Oktyabr, Bazar ertəsi

Füzuli hava limanı məndə yüksək təəssürat oyatdı - Amerikalı səyahətçi

Siyasət A- A A+

“Füzuli Beynəlxalq Hava Limanı məndə yüksək təəssürat oyatdı. Heç yerdə belə bir dizayn görməmişəm”.

EDNews.net xəbər verir ki, bunu “Report”a tanınmış amerikalı səyahətçi Con Perriş bildirib.

“Bu, ilk baxışdan məndə yüksək təəssürat oyatdı. Əminəm ki, hava limanının daxili də eyni dərəcədə gözəldir”, - o deyib.

Tanınmış səyahətçi Bakı hava limanına heyranlığını da gizlətməyib.

Con Perriş dünyanın ən fəal səyahətçisidir. O indiyədək dünyanın 193 ölkəsində 852 məkana səfər edib.

Xatırladaq ki, sentyabrın 27-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq kommersiya uçuşu baş tutub. Tanınmış beynəlxalq səyahətçilər sınaq uçuşu ilə Füzuliyə təşrif buyurublar. Füzuli hava limanından sonra onlar Ağdama və Şuşaya səfər edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...